09:22 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Salome Zurabişvili

Gürcüstan yeni prezidentini seçdi

© FB / Salome Zourabichvili
DÜNYA
Qısa URL
174 0 0

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayı

BAKI, 28 noyabr - Sputnik. Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, exit-poll-arın nəticələri hakim partiyanın namizədi Salome Zurabaşvilinin qalib gəldiyini göstərir.

Gürcüstan Mərkəzi Seçki Komissiyası
© Sputnik / Alexander Imedashvili

Müxalifət yönümlü “Rustavi 2” telekanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Hakimiyyəti dəstəkləyən “İmedi” telekanalının sifarişi ilə “Gallup International” təşkilatının keçirdiyi  “exit-poll”un nəticələri də açıqlanıb: S.Zurabişvili 58%, Q.Vaşadze isə 42% səs qazanıb.

Lakin müxalifət hələ seçkilərdə uduzduğunu qəbul etmir. Qriqol Vaşadze hakimiyyəti saxtakarlıq və insanları qorxutmaqda ittiham edərək, hər şeyin yeni başladığını bəyan edib. O, exitt-poll-arın nəticəsinə də inanmadığını bildirib.

Salome Zurabişvilinin qərargahında isə qalibiyyət atmosferi hökm sürür. Zurabişvilinin tərəfdaşları artıq Tbilisinin küçələrində qələbəni bayram edirlər.

Salome Zurabişvili özü isə “exit-poll”un nəticələrinin elan olunmasından sonra Gürcüstan xalqının bu gün sülhlü, azad və bərabər vətəndaşların ölkəsinə səs verdiyini deyib.

O, seçkilərdə cəmiyyətin onu dəstəkləməyən hissəsi, məsləkdaşları olmayanlarla dialoqun qurulacağını bildirib: “Biz hamımız kiçik ölkənin vətəndaşlarıyıq. Bir yerdə yaşayırıq və gələcəkdə də birgə yaşamalıyıq. Sizə söz verirəm ki, bizim birləşməyimiz üçün bütün gücümü sərf edəcəyəm. Hamımızın məqsədi müasir, inkişaf edən və firavan Gürcüstana nail olmaqdır və bu məqsədə tezliklə nail olacağıq”.

S.Zurabişvili bugünkü seçkilərin dinc şəraitdə keçdiyini çox önəmli adlandırıb: “Seçkilərdə iştirak edən hər bir kəsə, məni dəstəkləyənlərə təşəkkür edirəm. Məni dəstəkləyən Gürcü Arzusu Partiyası, ailəmə və övladlarıma minnətdaram”.

Əlaqədar

Azərbaycan və Gürcüstan öz müstəqilliklərinə necə qovuşdu?
Gürcüstan səfiri Azərbaycanı tərk edir
Gürcüstan iki yerə bölündü: Zeynəbin qızı Saakaşvilinin xaç anasına qarşı
Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

Əsas mövzular