Kremldən Trampa cavab gəldi

© Sputnik / Murad OrujovВид на московский кремль с большого каменногомоста
Вид на московский кремль с большого каменногомоста - Sputnik Azərbaycan
Abunə olmaq
“Əgər o, Rusiya sərhədçilərinin Rusiya dövlət sərhədinin pozulması cəhdinin qarşısını almaq üçün etdiyi hərəkətləri aqressiya adlandırırsa, onda bu, tamamilə başqa şeydir”

BAKI, 28 noyabr — Sputnik. Rəsmi Kreml ABŞ prezidenti Donald Trampın Argentinada keçiriləcək "G20" sammiti çərçivəsində Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv etmə ehtimalına dair səsləndirdiyi fikirlərə diqqət yetirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Vladimir Putin - Sputnik Azərbaycan
RUSİYA
Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşə bilər

"Əgər o, aqressiya kimi Ukrayna gəmilərinin hərəkətini göstərirsə, onda bu, bir şeydir. Bunun aqressiya olub-olmaması barədə mübahisə aparmaq olar. Əgər o, Rusiya sərhədçilərinin Rusiya dövlət sərhədinin pozulması cəhdinin qarşısını almaq üçün etdiyi hərəkətləri aqressiya adlandırırsa, onda bu, tamamilə başqa şeydir. Biz bununla razı deyilik" - deyə Peskov bildirib.

O, həmçinin əlavə edib ki, ötən gün Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders Trampın "G-20" sammiti çərçivəsində Vladimir Putinlə ikitərəfli formatda danışıqlar aparacağını təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp "Washington Post" nəşrinə müsahibəsində bildirib ki, Argentinada keçiriləcək "G20" sammiti çərçivəsində Vladimir Putinlə nəzərdə tutulan görüşü ləğv edə bilər.

ABŞ prezidenti görüşün mümkün ləğvinin Kerç boğazında yaranan vəziyyətlə bağlı olduğunu deyib: "Bu aqressiya mənim xoşuma gəlmir. Ümumiyyətlə mən aqressiya istəmirəm".

Tramp əlavə edib ki, yaxın vaxtlarda xüsusi xidmət orqanlarından insidentlə bağlı tam hesabat gözləyir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0