Kiyev Moskvanın qəzəbinə gələcək daha bir addım atır

CC0 / Katatonia / KievСтолица Украины город Киев
Столица Украины город Киев - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub

BAKI, 28 noyabr — Sputnik. Ukrayna Birləşmiş Ştatlarla ölkə ərazisində ABŞ hərbi bazasının mümkün tikintisi üzrə danışıqlar aparır. Sputnik Azərbaycan xəbər verir ki, bunu "İzvestiya" nəşri diplomatik mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, bu məlumatı Ukrayna Ali Radasının deputatı İvan Vinnik də təsdiqləyib. O, iddia edib ki, ABŞ bazası Kiyevə Moskvanın təhdidlərindən qorunmaq üçün lazımdır.

"Siyasi səviyyədən danışsaq bu istiqamətdə amerikalılarla dialoq aparılır", - deyə Vinnik qeyd edib.

Ukrayna prezidenti Pyotr Poroşenko, arxiv şəkli - Sputnik Azərbaycan
Senator: “Kiyev prezident seçkilərini ləğv etməyə hazırlaşır”

Bu arada Birləşmiş Ştatların siyasi dairələrində olan mənbə vurğulayıb ki, belə bir addım Moskva ilə münasibətləri daha da kəskinləşdirə bilər. Ona görə də, Vaşinqton hələlik Kiyevə bununla bağlı zəmanət vermir.

Qeyd edək ki, Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyət 26 noyabr Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və bu 30 gün yəni 26 dekabr saat 16:00-a qədər davam etməlidir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0