13:46 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Дональд Трамп, фото из архива

Trampdan Çinə 267 milyard dollarlıq zərbə

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
95 0 0

Ölkə Çindən idxal olunan mallara tətbiq olunan gəlirdən xeyir əldə edəcək

 

BAKI, 27 noyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çin məhsullarına 267 milyard dollar dəyərində yeni gömrük rüsumları tətbiq edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Donald Tramp "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.

Tramp eyni zamanda rəsmi Pekinin ixrac mallarına tətbiq olunan gömrük vergilərinin hazırkı 10%-dən 25%-ə qaldırmamaq barədə təklifini Vaşinqtonun qəbul etməsi ehtimalının olduqca az olduğunu bildirib.

ABŞ prezidentinin sözlərinə görə, gömrük rüsumları Çindən idxal olunan elektron qurğulara şamil olunacaq.

O, həmçinin bildirib ki, əgər iki ölkə arasında aparılan danışıqların nəticələri ABŞ üçün səmərəli olmasa onda gömrük rüsumlar Çindən idxal olunan bütün vasitələrə tətbiq oluna bilər.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Vaşinqton və Pekin arasında razılıq əldə olunmasa zərər görməyəcək.

ABŞ lideri hesab edir ki, ölkə Çindən idxal olunan mallara tətbiq olunan gəlirdən xeyir əldə edəcək.

Əsas mövzular