Dünyanın aparıcı avtoşirkətləri ətrafındakı qalmaqal davam edir

© AFP 2023 / KAZUHIRO NOGIKarlos Qon
Karlos Qon - Sputnik Azərbaycan
Abunə olmaq
Karlos Qon 2015-ci ildən etibarən qazandığı maliyyə gəlirlərini 27 milyon dollar az göstərdiyi üçün məsuliyyətə cəlb olunacaq

BAKI, 24 noyabr — Sputnik. Yaponiya məhkəməsi "Nissan Motor" və "Renault" kimi nəhəng avtomobil şirkətlərinin rəhəri olan Karlos Qona qarşı məhkəmə işini davam etdirir. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Yaponiya məhkəməsi Karlos Qona qarşı yeni maddə ilə cinayət işi açmağı planlaşdırır.

"Reuters"in məlumatına görə, bu haqda Yaponiya mediasında da məlumat dərc olunub. Ölkənin aparıcı media orqanı olan "Asahi"nin yazdığına görə, Karlos Qon 2015-ci ildən etibarən qazandığı maliyyə gəlirlərini 27 milyon dollar az göstərdiyi üçün məsuliyyətə cəlb olunacaq.

Karlos Qon və "Nissan"ın sabiq nümayəndəsi olan Qreq Kelli də "Nissan Motor"un gəlirlərinin 2010-cu ildən etibarən 5 il ərzində gəlirlərinin aşağı göstərilməsində təqsirli bilinir.

Xəbər lenti
0