Berdiməhəmmədov Məhəmməd Füzulidən sitat gətirdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Туркменистана Гурбангулы Бердымухамедов
Президент Туркменистана Гурбангулы Бердымухамедов  - Sputnik Azərbaycan
Abunə olmaq
Berdiməhəmmədov: "Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər"

BAKI, 23 noyabr - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə görüşü zamanı şair Məhəmməd Füzulidən sitat gətirib.

Sputnik Azərbaycan xəbər verir ki, o, noyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə iki xalq arasında dostluq münasibətlərindən danışaraq bildirib:

"Bugünkü danışıqlar həqiqətən qarşılıqlı hörmət, qarşılıqlı etimad, mehriban qonşuluq ruhunda keçdi, bizim dostluq tellərimizi bir daha nümayiş etdirdi. Səhv etmirəmsə, Azərbaycanın böyük şairi Füzuli deyib ki, düz yol ilə gedən insana dostu həmişə kömək edər. Bu kəlam bir daha sübut edir ki, bu gün biz həqiqətən öz milli ənənələrimiz və xüsusiyyətlərimizlə mənəvi cəhətdən dəyərliyik".

Xəbər lenti
0