Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezidentlər illərin həsrətinə son qoydular

© REUTERS / MURAD SEZERPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Putin və Ərdoğan "Türk axını"nı işə saldı

BAKI, 19 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk axını" boru kəmərinin dəniz hissəsinin tikintisinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Müslüm İbrahimov - Sputnik Azərbaycan
İqtisadçı: “Cənub Qaz Dəhlizi Azərbaycanın mövqeyini gücləndirib”

"Neft hasilatı və daşınması primitiv iş deyil, bu, sadəcə yer qazıb və qaz hasil etmək deyil. Bu, müasir texnologiyaların tətbiqi ilə bağlıdır. Bu, dünyada ən ekoloji və tələb olunan ilkin enerji növüdür" - deyə Rusiya prezidenti bildirib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, layihənin işə salınması böyük siyasi, tarixi əhəmiyyətə malikdir.

O, həmçinin ümid edib ki, 2019-cu ildə qaz kəməri tam həcmi ilə işə düşəcək. Hazırda qaz kəmərinin yerin altında olan hissəsi hazır deyil.

Rusiyadan başlayan və Qara dəniz üzərindən Türkiyəyə Kırklarelinin Vize rayonundan daxil olan Türk Axın Təbii Qaz Boru Kəməri Rusiya qazını ilkin mərhələdə Türkiyəyə, buradan da Avropaya çatdıracaq.

İki ayrı-ayrı boru kəmərilə təbii qaz ötürülməsini təmin edən xətt iki torpaq və iki dəniz hissədən ibarətdir. 2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib. 

neft buruğu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın neft və qaz ehtiyatları açıqlandı

Dünyanın ən böyük təbii qaz ixracatçısı olan Rusiya ehtiyatlarını dünya bazarlarına köçürmənin strateji və təhlükəsiz yollarını müəyyən edərək təbii qaz ticarətində müxtəlif bazarlara çatmaq istəyir. Bu yollar arasında ən çox gündəmdə olan və Türkiyə ilə strateji tərəfdaşlığın davamını təmin edəcək Türk Axını layihəsi Rusiyanın enerji siyasətinin əhəmiyyətli bir parçasıdır.

Enerji ehtiyatı göndərmə təhlükəsizliyini təmin etmək və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

Xəbər lenti
0