SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampdan Qaşıqçının ölümü ilə bağlı gözlənilməz açıqlama

© REUTERS / Yuri GripasABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident belə bir səs yazısının mövcud olduğunu da təsdiqləyib: "Orada eşidilən dəhşətlidir"

BAKI, 19 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsini dünya birliyi üçün böyüdülmüş mənasız hadisə adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən bildirib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Camal Qaşıqçı olayına dair yeni iddia irəli sürüldü

Nəşrin məlumatına görə, Tramp Qaşıqçı işi üzrə "səs-küy" qaldırmaq istəməyib.

Məlumatda qeyd olunub ki, ABŞ prezidenti öz müşavirlərindən Qaşıqçının amerikalı olmamasına görə niyə rəsmi Vaşinqtonun mövqe bildirməli olduğunu da soruşub.

Bu arada "Hill" nəşri məlumat verib ki, ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçının öldürülməsi zamanı qeydə alınan səs yazısını dinləməkdən imtina edib. 

Prezident belə bir səs yazısının mövcud olduğunu da təsdiqləyib: "Orada eşidilən dəhşətlidir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb. 

Camal Qaşıqçı - Sputnik Azərbaycan
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0