Ermənistanda hərbçi qəza törətdi: Ölən və yaralılar var

Abunə olmaq
O, hərbçi olub və müqavilə əsasında Ermənistan ordusunda xidmət aparıb

BAKI, 19 noyabr — Sputnik. Ermənistanın Geğarkunik vilayətində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, 03:40 radələrində "Opel Astra" markalı avtomobilin sürücüsü idarəetməni itirib və dərəyə aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.

Qəza zamanı sükanın arxasında Qurqen Z 23 yaşlı şəxs olub. O, hərbçi olub və müqavilə əsasında Ermənistan ordusunda xidmət aparıb.

Xəbər lenti
0