15:16 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Пограничная вышка наблюдения, фото из архива

Avropa öz sərhədlərini yeni sistemlə qoruyacaq

© Sputnik / Viktor Tolochko
DÜNYA
Qısa URL
39 0 0

İsveçrə sərhəd və polis nəzarəti üçün böyük vəsait xərcləyəcək

BAKI, 18 noyabr - Sputnik. 2021-ci ildə Avropada yeni sərhəd-nəzarət sistemi tətbiq olunacaq. Biometrik məlumatlar əsasında həyata keçiriləcək yeni yoxlamalar Şengen məkanına daxil olan İsveçrədən də sərhəd-keçid məntəqələrini yenidən qurmağı tələb edir.

AZƏRTAC xəbər verir ki, əl izləri və üz cizgilərini skanerdən keçirən yeni avtomatlaşdırılmış sistem sərhəd-keçid məntəqələrində səyahətçilərə göstərilən xidməti sürətləndirməklə yanaşı, transmilli cinayətkarlıq və terrora qarşı mübarizənin də mütəşəkkil təşkilinə töhfə verəcək. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

2017-ci ilin sonlarında Avropa Parlamenti tərəfindən qəbul edilən yeni giriş-çıxış sistemi (Entry-/Exit System – EES) müasir texnologiyalardan istifadə etməklə biometrik məlumatların yoxlanılmasını həyata keçirməlidir. Avtomatlaşdırılmış sistemdə səyahətçilər Şengen məkanına əl izləri və üz cizgilərinin skan edilməsi, eləcə də elektron viza və pasportlarını müvafiq qurğularda skan etməklə daxil ola biləcəklər. Sərhəd xidməti isə lazım gəldikdə səyahətçilərin sənədlərini indiyədək mövcud olan ənənəvi qaydada yoxlayacaq.

Bu məqsədlə İsveçrə hökuməti ölkənin bütün Şengen məkanını əhatə edən yeni sistemə qoşulması üçün hava limanlarında texniki avadanlıqların qurulması və işlədilməsi üçün 144 milyon frank vəsait ayırıb. Hökumətlə yanaşı, ölkənin kantonları da yeni sistemin qurulmasına maliyyə vəsaiti cəlb etməlidir. Lakin bu vəsaitin həcmi hələ müəyyənləşməyib.

Yeni sistem, eyni zamanda, vizasının müddəti bitmiş şəxsləri avtomatik olaraq müəyyən edə biləcək.

Hesablamalara görə, Avropa İttifaqı ərazisində müvafiq viza və ya yaşama üçün uzunmüddətli icazə sənədləri olmayan insanların sayı 2-4 milyon arasında dəyişir.

Əsas mövzular