Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf

© REUTERS / Carlos BarriaБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
FETÖ Birləşmiş Ştatların bölgədə basdırdığı minadır və bu minanı təmizləmək üçün Gülənin həbsi yetərli deyil

BAKI, 17 noyabr — Sputnik. ABŞ-ın NBC News telekanalı Donald Tramp hökumətinin Federal Təhqiqat Bürosuna (FBİ) və nazirliklərə FETÖ başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı təlimat verdiyini açıqlayıb. Ağ Ev-in xəbərə reaksiyası çox gecikməyib və Fətullah Gülənin təhvil verilməsi ilə bağlı ilk açıqlama gəlib.

Канцлер ФРГ Ангела Меркель - Sputnik Azərbaycan
Almaniyadan Türkiyəyə qarşı düşmən addım

Açıqlamada bildirilir ki, Ağ Evdə Gülənin ekstradisiya edilməsi ilə bağlı hər hansı görüş keçirilməyib. Həmçinin qeyd edilir ki, Türkiyədən göndərilən sənədlərin dəyərləndirilməsi davam etdirilir. Bu barədə məlumat ABŞ Dövlət Departamentindən verilib.

Buna baxmayaraq, zaman-zaman Gülənin ekstradisiyası ilə bağlı xəbərlər dolaşmaqdadır. F Gülənin Ankaraya təslim ediləcəyi inandırıcı səslənməsə də, onun Türkiyəyə verilməsi və gələcək taleyi Amerikanın Türkiyə ilə bağlı maraqlarından asılıdır. FETÖ liderinin Ankaraya təslim edilməsi məsələsində, bunun Vaşinqtonun marağına uyğun olub-olmaması nəzərə alınacaq və müvafiq addım atılacaq.

Bu məsələ Amerikanın maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Bu proseslərdə Amerika ilə Türkiyənin münasibətlərini daha da soyudacaq, tarixi münasibətləri pozacaq, zərər gətirəcək bir sıra bəyanatlar səslənib. Türkiyədə son çevriliş cəhdinin ABŞ tərəfindən həyata keçirilməsi barədə səslənən fikirlər də sıradan bir məsələ deyil. Proseslərin sonrakı inkişafı Fətullah Gülənə Vaşinqtonun münasibətindən də asılı ola bilər.

© AP Photo / Selahattin SeviFətullah Gülən, 15 mart 2014-cü il
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf - Sputnik Azərbaycan
Fətullah Gülən, 15 mart 2014-cü il

Təbii ki, Fətullah Gülən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olan şəxsdir və Ərdoğan əleyhinə bir çox məsələlərdə ondan istifadə edilməsi nəzərdə tutulur. Bölgədə güclü hərəkata başçılıq edən bir şəxsin Vaşinqton tərəfindən qurban ediləcəyi inandırıcı səslənmir. Hazırda da Amerika üçün Pakistan və Əfqanıstan kimi ölkələrdə "mülayim islam"ın yayılması vacibdir və məhz buna görə Gülən hərəkatına yaşıl işıq yandırılıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, Gülən ideyalarının əsas yayılma arealı Cənubi Qafqaz, Şimali Qafqaz və Orta Asiyadakı türkdilli ölkələrdir. Burada məqsəd ondan ibarət ola bilər ki, həmin ölkələrdə "türk-islamçılığı"nın yayılmasına nail olunsun.

Bununla belə, Ərdoğan FETÖ-yə zərbələr endirməkdə israrlıdır. Unutmaq olmaz ki, MİT indiyə qədər 18 ölkədən 80 FETÖ üzvünü Türkiyəyə gətirib. Bütün bunlar siyasi alver nəticəsində reallaşa bilib. Elə bu amil belə bir sualı aktual edir - bir gün Fətullah Gülən də ABŞ-dan gətirilə bilərmi? Nəzərə alsaq ki, siyasət maraqlar uğrunda savaşdır bu suala belə cavab vermək olar - əgər ABŞ-ın Güləndən daha önəmli bir mənfəətindən söhbət getsə, onu Ankaraya təhvil verə bilər. Amerikanın terrorçu Abdulla Öcalanı alçaldılmış formada Türkiyəyə təhvil verdiyini də unutmaq olmaz.

Lakin Gülən Türkiyəyə gətirilərsə, bu onun tərəfdaşlarını daha da fəallaşdıra bilər. Onu da unutmaq olmaz ki, Fətullah Gülən Türkiyədə kommersiya strukturlarına, orduya, təhlükəsizlik sisteminə, mətbuata birbaşa çıxışı olan simadır. AKP daxilində belə Gülənə gizli rəğbəti olanlar az deyil. Onlar hərəkətə keçməklə heç şübhəsiz ki, Birləşmiş Ştatların rəğbətini də qazana bilərlər. Belə gedişat artıq Qərb dairələrini təngə gətirən Ərdoğan üçün əməllicə başağrısına çevrilə bilərdi. Ərdoğan öz elektoratını parçalaya biləcək nüfuzlu bir şəxsin Türkiyədə (məhbəsdə olsa belə) yaşamasını istəyərmi?

Ərdoğan anlayır ki, Gülən müstəqil fiqur deyil. Onu Vaşinqton idarə edir və bu baxımdan, Gülənin həbs olunması yalnız şəxsi istək kimi qəbul edilə bilər. Gülən həbs edilsə belə, FETÖ savaş meydanında qalacaq. FETÖ Birləşmiş Ştatların bölgədə basdırdığı minadır və bu minanı təmizləmək üçün Gülənin həbsi yetərli deyil.

ABŞ 40 il ərzində formalaşdırdığı FETÖ ilə yalnız Türkiyəyə nəzarət etməyi düşünmür. Eyni zamanda İrandan yayılan şiəliyin qarşısını almaq, Rusiyada yaşayan müsəlmanları nəzarətə götürmək istəyir. Bu baxımdan, Gülən bir simvol olaraq Vaşinqtona lazımdır. Əks təqdirdə çoxdan onu qurban verərdi...

Xəbər lenti
0