07:14 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Frenki Kluni

Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur

© Instagram / floorlengthfrankie
DÜNYA
Qısa URL
86 0 0

Su pərisi olmaq eşqinə düşən britaniyalı rəssam uşaqlıqdan saçlarını yumur və kəsdirmir

BAKI, 17 noyabr — Sputnik. Britaniyalı rəssam Frenki Kluni öz arzusunu reallaşdıraraq "su pərisi" olmaq qərarına gəlib. O, bu işə saçlarını uzatmaqla başlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, qız 6 yaşından etibarən saçlarını uzadıb. Zaman keçdikcə, uzun saçları yuyub qurutmaq qıza əziyyət verməyə başlayıb. Odur ki, o, 13 yaşında saçlarını yumamaq qərarına gəlib. 18 yaşa çatanda isə qız hətta saçlarının uclarını kəsməyi də dayandırıb.

Kluni uşaqlıqda nağılları oxumağı xoşlayıb. Onun ən sevimli qəhrəmanı isə su pərisi olub. Məhz bu səbəbdən qız saçını uzadaraq ona oxşamağa çalışıb.

Фрэнки Клуни
Фрэнки Клуни

Kluni etiraf edib ki, uzun saçlarla qulluq etmək çətin deyil. O, sadəcə saçları vaxtı-vaxtında daramağı məsləhət görür. Qız saçlarını yumağı bir yaxınının məsləhəti əsasında dayandırıb. Əvvəl-əvvəl başı çox qaşınırmış. Lakin tədricən bu hal aradan qalxıb. Hazırda Kluninin 33 yaşı var. O, 20 ildir ki, saçlarını yumur.

Əlaqədar

Saç tökülməsi hansı xəstəliklərdən xəbər verir?
Mövsümi saç tökülməsinin təbii həlli yolları
Mədəsindən 2 kiloqrama yaxın saç çıxdı - VİDEO
Saç düzümü insanların iş həyatına təsir edirmiş
Saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlanıb
Teqlər:
saç, rəssam, Böyük Britaniya

Əsas mövzular