İsraildə növbədənkənar seçki müəmması

© AFP 2023 / JACK GUEZ Benyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin baş naziri Benyamin Netanyahu və təhsil naziri Nafta Bennett bir toplantı keçirib

BAKI, 16 noyabr — Sputnik. İsrailin ən nüfuzlu qəzetlərindən olan "Jerusalem Post" İsrail müdafiə naziri Aviqdor Libermanın istefasının ardından ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bildirib.

İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
İranla İsrail arasında böyük müharibə xəbərdarlığı - ABŞ kəşfiyyatından nələr sızıb

Sputnik Azərbaycan-ın "Haber7"ə istinadla məlumatına görə, xəbərdə deyilir ki, İsrailin baş naziri Benyamin Netanyahu və təhsil naziri Nafta Bennett toplantı keçiriblər. Bu görüşün sonunda növbədənkənar seçki qərarı qəbul olunub.

Ancaq, Netanyahunun ofisindən edilən bəyanatda erkən seçki iddiaları rədd edilib.

Qeyd edək ki, Aviqdor Liberman İsrailin "Həmas"la əldə etdiyi atəşkəsi əsas göstərərək istefa etmişdi.

Benyamin Netanyahunun liderlik etdiyi 6 partiyalı koalisiya hökumətinin 66 deputat var idi. İstefalar ilə yerlərin sayı azalıb. Koalisiya hökumətinin 120 yerlik İsrail parlamentində səs alması üçün 61 millət vəkilinə sahib olması lazımdır.

Bu səbəbdən İsrail mediası istefanın baş verdiyi gün, Netanyahu rəhbərliyindəki koalisiya hökumətinin təhlükəyə girəcəyini və İsraildə erkən seçkinin gündəmə gələ biləcəyini yazmışdı.

Xəbər lenti
0