Çin ABŞ-ın sərt addımına eyni qaydada cavab verəcək

© REUTERS / YURI GRIPASABŞ və Çin bayraqları
ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik söhbətin hansı məhsullardan və hansı məbləğdə vergidən getdiyi bəlli deyil

BAKI, 15 noyabr — Sputnik. ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi irimiqyaslı vergi yükü ilə bağlı rəsmi Pekin bu ölkəyə cavab verib. Sputnik Azərbaycan Britaniya mediasına istinadən xəbər verir ki, Çin də ABŞ-dan idxal olunan məhsullara əlavə vergi tətbiq edəcək. Hələlik söhbətin hansı məhsullardan və hansı məbləğdə vergidən getdiyi bəlli deyil.

Qeyd edək ki yanvarın 1-dən etibarən ABŞ-a idxal olunan 200 milyard dollar həcmindəki Çin malları tətbiq olunan vergi dərəcəsi 10 faizdən 25 faizədək qalxacaq. Vaşinqton bəyan edib ki, Çin tərəfi analoji addım atmağa çalıarsa, tətbiq olunan vergi dərəcəsi daha da artırılacaq.

Xəbər lenti
0