07:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Qoca kişi əlləri, arxiv şəkli

Arvadını öpən 91 yaşlı kişi həbs edildi

CC0 / stevepb / Hands
DÜNYA
Qısa URL
133 0 0

Polisdən bildiriblər ki, kişini məhz bu səbəbdən 26 dəfə həbs ediblər

BAKI, 15 noyabr — Sputnik. ABŞ-ın Konnektikut ştatında qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 91 yaşlı Heinz Vonkuti qocalar evində həbs edilib.

Vonkuti qocalar evinə 88 yaşlı həyat yoldaşına baş çəkmək üçün gedibmiş. Onun tutulmasına kişinin həyat yoldaşını öpməyə cəhd etməsi səbəb solub.

Hadisə 13 oktyabrda baş verib. Polislər gələndə kişi həyat yoldaşının otağında olub. Qocalar evinin əməkdaşları bildiriblər ki, ona bir müddətdir ki, həyat yoldaşını öpmək qadağan edilib. Çünki “kişi ağzı ilə ona nəyisə ötürə bilər”.

Polisdən açıqlama veriblər ki, qocalar evinə çağırılmalarına təəccüb etməyiblər. Kişini həyat yoldaşını öpməyə cəhd etməsi səbəbindən 26 dəfə həbs ediblər.

Vonkuti  polis idarəsinə aparılıb, barəsində cinayət işi açılıb və evə buraxılıb. Amma ona məhkəməyə gəlməsi ilə bağlı xəbərdarlıq edilib.

Əlaqədar

Polis girov qadını ölümdən belə xilas etdi - VİDEO
Polis rəisinin qızına təcavüz edən həmkarları işdən azad edilib
Azərbaycanlı azarkeş: “Polis ayırmasaydı, çoxunu döyəcəkdik”
Polis 20 cinayətin üstünü "isti izlər"lə açıb
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi
Teqlər:
polis, Həbs, öpüş, qocalar evi, həyat yoldaşı, kişi

Əsas mövzular