Dünyanı sarsıdan terrorçu qadın tutuldu

CC0 / piviso / worldЖенщина делает отметку на карте, фото из архива
Женщина делает отметку на карте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.

BAKI, 11 noyabr — Sputnik. Avstraliyanın Kvinslend ştatının polisi ölkədə satışa çıxarılan çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadını saxlayıb.

Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadla verdiyi xəbərə görə, bazar ertəsi 50 yaşlı qadına qarşı ittiham irəli sürüləcək. Məhkəmə Brisbendə keçiriləcək.

Çiyələk, arxiv şəkli - Sputnik Azərbaycan
Bu dəhşətli terror üsulu bütün dünyanı silkələyə bilər

İynə sancılan çiyələklər Avstraliyanın 6 ştatındakı dükanlarda aşkarlanıb. Bundan əlavə, iynələr həmçinin bananlarda da tapılıb.

Avstraliya hakimiyyət orqanları insanlara meyvələri yeməmişdən öncə kəsməyi məsləhət görüb, eləcə də cinayətkarın tutulmasında köməyi olan şəxsə 100 min Avstraliya dolları (70 min ABŞ dolları) vəd ediblər.

Avstraliya qanunlarına əsasən, "ərzaq sabotajı"na görə müttəhimə 15 ilə qədər həbs cəzası verilə bilər.

Xəbər lenti
0