20:49 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Türkiyədə partlayış, arxiv şəkli

Türkiyədə dəhşətli partlayışda 7 əsgər öldü, 25 nəfər yaralandı

© AFP 2018 / OZAN KOSE
DÜNYA
Qısa URL
362701

Dünən axsam saat 17.00-radələrində Hakkarinin Şəmdinli rayonunda hərbi baza ərazisində böyük partlayış baş verib

BAKI, 10 noyabr — Sputnik. Türkiyənin Hakkari vilayətində baş verən partlayış zamanı 7 əsgər ölüb, 25 əsgər yaralanıb. Bunu Mustafa Kamal Atatürkü anma mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən axsam saat 17.00-radələrində Hakkarinin Şəmdinli rayonunda hərbi baza ərazisində böyük partlayış baş verib. Şəmdinli Sülh Cəza Hakimliyi xəbərin yayılmasına qadağa qoyub.

Məlumat bu gün prezident tərəfindən Beştəpədə keçirilən anım mərasimində açıqlanıb.

Bundan əvvəl valilik tərəfindən verilən açıqlamada polis idarəsində qəzalı vəziyyətdəki silah-sursatın partlaması nəticəsində 25 əsgərin yaralandığı, 7 əsgərin isə itkin düşdüyü bildirilmişdi.

Əlaqədar

Türkiyə kürd terrorçularına qarşı böyük əməliyyata başlayır
Azərbaycan, Türkiyə və İran arasında mühüm anlaşmalar əldə olunub
Fransanın keçmiş prezidenti Türkiyə haqqında gözlənilməz təklif verdi
ABŞ-dan təhdid mesajı: Türkiyə üçün üzücü qərar olacaq
Türkiyə vətəndaşının qanunsuz hərəkətlərinin qarşısı alındı
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, əsgər, Partlayış, hərbi baza, Türkiyə

Əsas mövzular