Türkiyənin iri şəhərlərində böyük terrorun qarşısı alındı

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şübhəlilər İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb

BAKI, 10 noyabr — Sputnik. İstanbul polisi təhlükəsizlik güvvələrinə silahlı hücum planlaşdıran PKK/KCK üzvlərinə qarşı əməliyyat keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilata yeni üzvlər cəlb etmək üçün fəaliyyət göstərən şübhəlilərə istiqamətlənmiş əməliyyat 3 rayonda həyata keçirilib. Əməliyyatlar zamanı 9 şübhəli ələ keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada böyük terror aktlarının qarşısı alınıb

Əməliyyatlar Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən İstanbul, Antalya və Tekirdağda keçirilib. Müəyyən edilmiş ünvanlara eyni zamanda basqın edilib. Basqın zamanı 9 nəfər yaxalanıb.

Axtarış zamanı 2 tapança, 43 ədəd patron, çox sayda təşkilat sənədləri, jurnal və kitab ələ keçirilib. Şübhəlilərə aid rəqəmsal cihazlar götürülüb.

Araşdırma zamanı terrorçuların təhlükəsizlik qüvvələrinə bombalı və silahlı hücum hazırladıqları məlum olub.

Saxlanılan şübhəlilər İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.

Xəbər lenti
0