18:52 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Нож, фото из архива

Avstraliyada insanlara hücum edən terrorçu imiş

CC BY 2.0 / Lucia Sanchez / Knife
DÜNYA
Qısa URL
13 0 0

Avstraliya polisi hadisə zamanı daha 2 nəfərin yaralandığını deyib

BAKI, 9 noyabr — Sputnik. Avstraliyada baş verən qanlı hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, Melburnda bir avtomobil Bourke Street Mall ticarət mərkəzinə çırpılıb. Zərbə güclü olub və avtomobil tüstüləməyə başlayıb. Avtomobildən düşən kişi insanlara və polislərə əlindəki bıçaqla hücum edib. Daha sonra polislərə zərbə endirib. Bu zaman polislər onu güllələyərək zərərsizləşdirməyi bacarıblar. Kişi xəstəxanada keçinib.

Avstraliya polisi hadisə zamanı daha 2 nəfərin yaralandığını deyib.

İŞİD qruplaşması isə bu hücumun məsuliyyəti öz üzərinə götürüb. Həmin şəxsin Afrika əsilli olduğu deyilir.

Əsas mövzular