Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ukraynada Azərbaycan vətəndaşı güllələndi

© Facebook / КДКUkraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib
Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib - Sputnik Azərbaycan
Abunə olmaq
40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib

BAKI, 7 noyabr — Sputnik. Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib. Bu barədə Sputnik Azərbaycan "Lb.ua" saytına istinadən xəbər verir.

"Noyabrın 6-da, yerli vaxtla 22:00 radələrində Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır" - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko bildirib.

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib. Həmyerlimizə iki nəfərin hücum etdiyi bildirilir.

Xəbər lenti
0