ABŞ-da seçkilərin nəticələri açıqlanıb

© REUTERS / Navesh ChitrakarИзбиратель бросает бюллетень в урну во время выборов президента в США, 9 ноября 2016 года
Избиратель бросает бюллетень в урну во время выборов президента в США, 9 ноября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampın partiyası Nümayəndələr Palatasında üstünlüyü itirib

BAKI, 7 noyabr — Sputnik. ABŞ-da keçirilən aralıq seçkilər başa çatıb. Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası ABŞ Senatına keçirilən seçkilərdə qalib gəlib.

Ən son məlumatlara görə, Respublikaçılar Konqresin Yuxarı Palatasına – Senata keçirilən seçkilərdə 51 yer, Demokratlar 43 yer qazanıb.

Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar. Belə ki, Konqressin Aşağı Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyası 191 yerə, Demokratlar Partiyası isə 205 mandata sahib olub.

Xəbər lenti
0