Bill Geyts yeni ağlasığmaz layihəyə imza atdı

© REUTERS / THOMAS PETERAğıllı unitaz
Ağıllı unitaz - Sputnik Azərbaycan
Abunə olmaq
“Microsoft” şirkətinin prezidenti Bill Geyts yeni layihəni təqdim edib

BAKI, 7 noyabr — Sputnik. Çinin Şanxay şəhərində ağıllı unitazların təqdimatı keçirilib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, amerikalı milyarder, “Microsoft” şirkətinin prezidenti Bill Geyts Çində 200 milyon dollar dəyərində olan ağıllı unitaz layihəsini maliyyələşdirib. Layihənin təqdimatı ilə əlaqədar olaraq “Reuters” xəbər agentliyinə danışan Bill Geyts bu tualetlərin insan ifrazatını gübrəyə çevirə bildiyini açıqlayıb:

“Kanalizasiyaya ehtiyac olmadan, kimyəvi maddələri əlavə etməklə bu unitazlar vasitəsi ilə insan ifrazatını gübrəyə çevirmək mümkün olacaq.  Ağıllı unitazların müxtəlif çeşidləri olsa da, onların hər biri sidik və nəcisi ayırmaq üstünlüyünə malikdir. Qlobal fəaliyyət və azad ticarət sistemi bu tip unitazların hazırlanmasına geniş şərait yaradır”. Geyts bildirib ki, hazırlanan bu unitazların komponentlərinin bir hissəsi Tailand, Çin, digər hissəsi isə ABŞ istehsalıdır.

“Microsoft” rəhbəri Çin rəhbəri Tsi Tszinpinin son açıqlamalarından sitat gətirib. “Çin prezidenti 2020-ci ilədək ölkədə turizmin inkişafı üçün 64 min ictimai unitazın istehsalına ehtiyac olduğunu bildirib. Çin prezidenti də bu işdə dəstəyini nümayiş etdirəcək” — deyə Geyts əlavə edib.

Xəbər lenti
0