01:11 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Ağ Ev

ABŞ siyasəti tarixində görünməmiş hadisə yaşanır

© REUTERS / Yuri Gripas
DÜNYA
Qısa URL
234 0 0

Tramp Administrasiyası jurnalistin qətlinə hələ də ciddi reaksiya verməyib və vəliəhd şahzadə Məhəmməd bin Salmanın baş verənlərə görə məsuliyyətə cəlb olunub-olunmayacağı bilinmir

BAKI, 6 noyabr — Sputnik. "Washington Post" qəzetinin yazarı Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbuldakı Baş konsulluğunda tükürpərdici qətli ilə bağlı ABŞ siyasətində nadir hallarda görülən bir hal – hər iki partiyanın konsensusu yaşanır. Həm Respublikaçılar, həm də Demokratlar "Ər-Riyad"ı pisləyir və Ağ Evdən səudiyyəlilərə qarşı sanksiyalar tətbiq etməyi tələb edirlər.

Bu barədə Sputnik Azərbaycan "Foreign Affairs"-ə istinadən xəbər verir. Məqalədə qeyd olunur ki, Tramp Administrasiyası jurnalistin qətlinə hələ də ciddi reaksiya verməyib və vəliəhd şahzadə Məhəmməd bin Salmanın baş verənlərə görə məsuliyyətə cəlb olunub-olunmayacağı bilinmir.

ABŞ Prezident Administrasiyasının rəhbər şəxsləri Krallığa qarşı təzyiqdən narahatdır və ona görə də Səudiyyə Ərəbistanının neft bazarındakı dəstəyinin azala biləcəyinin narahatlığını keçirirlər. Ağ Evdə ümid edirlər ki, Səudiyyə Ərəbistanı noyabrın 5-dən sonra, yəni İrandan neft tədarükünün dayandırılmasında sonra bazarda yarana biləcək çatışmazlığı kompensasiya edəcək.

Məlumatda qeyd olunur ki, ABŞ-ın rəsmi şəxsləri Səudiyyə Ərəbistanı hakimiyyətinin baş verənlərdən məyus olmasını və nəticədə neft istehsalını artırmaqdan imtina etməsini istəmir. Bütün bunlar isə neft qiymətinin kəskin artımı ilə nəticələnə bilər.

"Ər-Riyad tərəfindən "neft silahı"ndan istifadə qlobal iqtisadiyyata qısa müddətdə zərər vura bilər. Lakin orta və uzaq perspektivdə bu, Səudiyyə Ərəbistanının öz iqtisadiyyatına neqativ təsir edəcək" - məlumatda vurğulanır.

"Səudiyyə Ərəbistanının neft bazarına təsiri tədricən azalır. Neft qiymətinin sonrakı artımı daha bahalı enerji istehsalçıları üçün əlverişli şərait yaradacaq ki, onlar daha çox yanacaq istehsal etsin. Nəticədə neftin qiyməti aşağı düşəcək və Səudiyyə Ərəbistanının bazarda olan payı digərlərinin əlinə keçəcək. Yəni, Səudiyyə Ərəbistanı indiki qiymətlərə yaxın qiymətə neft satacaq, amma onun gəlirləri azalacaq. Qeyd edək ki, Krallığın gəlirləri artıq azalıb, hökumət bir sıra xidmətləri və gənclər üçün nəzərdə tutulan güzəştləri ləğv edib" - deyə "Foreign Affairs" əlavə edir.

Əlaqədar

Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb
İstanbul Baş Prokurorluğu: "Camal Qaşıqçı boğularaq öldürülüb"
Orxan Camal öldürülməmişdən jurnalistlər kimə və niyə zəng vurublar?
Teqlər:
Camal Qaşıqçı, jurnalist, Səudiyyə Ərəbistanı, Donald Tramp, ABŞ

Əsas mövzular