Ruhani ABŞ sanksiyaları ilə bağlı müraciət etdi

© AFP 2023 / STRINGER Президент Ирана Хасан Роухани, фото из архива
Президент Ирана Хасан Роухани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək

BAKI, 5 noyabr — Sputnik. İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyaların aşacaq və ABŞ-ı "peşman edəcək".

Sputnik Azərbaycan "Press TV"-yə istinadən xəbər verir ki, prezident bunu İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin rəhbərləri ilə görüşü zamanı bildirib.

"Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" - deyə Ruhani qeyd edib.

Доллары США и иранские риалы, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
İran ABŞ-ın "buxovundan" qurtulmaq üçün radikal addım atmaq istəyir

İran prezidenti deyib ki, ötən ay Nyu-Yorkda olarkən dörd ölkənin prezidenti ondan ABŞ prezidenti ilə danışıqlar aparmağı istəyib: "Danışıqlar üçüncü ölkələrin vasitəçiliyi ilə həyata keçirilmir. İran istənilən ölkə ilə danışıqlar aparmağa hazırdır. Lakin bu ölkə götürdüyü öhdəliklərə sadiq olmalıdır" - Ruhani vurğulayıb.

"Bəziləri hesab edir ki, ABŞ-ın nüvə razılaşması sazişindən çıxması ilə bizim uğursuzluğa məruz qalacağıq. Biz uğura nail olmuşuq, ən azı siyasi uğura. Bunun sübutu odur ki, 2-3 ölkə istisna olmaqla, dünya ölkələrinin böyük əksəriyyəti İranla bağlanan nüvə razılaşmasını dəstəkləyir. Bu bizim üçün diplomatik uğurdur".

Qeyd edək ki, bu gündən İrana qarşı yeni sanksiyalar qüvvəyə minir. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

Xəbər lenti
0