07:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
МИД Турции

Türk səfir geyiminə görə geri çağırıldı

© haber.sol.org.tr
DÜNYA
Qısa URL
154 0 0

Türkiyənin Uqandadakı səfiri qədim yunan geyiminə görə geri çağırılıb

BAKI, 4 noyabr — Sputnik. Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında yazıb.

Yavuzalpın müvafiq şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb. Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib. Respublika günü oktyabrın 29-da qeyd olunur.

"Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb", — deyə Çavuşoğlu bildirib.

Əlaqədar

Bu il Türkiyə - Azərbaycan əlaqələri baxımından olduqca önəmlidir – Səfir
Rusiyalı səfir Azərbaycanla təhsil əlaqələrinin önəmindən danışır
Yüz mindən artıq insan içməli sudan zəhərləndi, aralarında səfir də var
Ukrayna Azərbaycanda dərman zavodu açacaq - Səfir
Rusiya-İsrail gərginliyi artır, yəhudi səfir XİN-ə çağırılıb

Əsas mövzular