21:05 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Кандидатки на звание Мисс Земля-2018 во время фотосессии у бассейна

Asiya nümayəndəsi dünyanın ən gözəli seçildi

© AP Photo / Bullit Marquez
DÜNYA
Qısa URL
375 0 0

"Miss Yer" "Miss Kainat", "Miss Dünya" və "Miss İnterneşnl" ilə yanaşı ən nüfuzlu gözəllik müsabiqələrinin dördlüyünə daxildir

BAKI, 4 noyabr — Sputnik. "Miss Yer" müsabiqəsinin qalibi 23 yaşlı vyetnamlı Fıonq Kxan Nquen olub. Sputnik Azərbaycan bu barədə Rappler-ə istinadən məlumat verir.

Müsabiqə noyabrın 3-də Filippinin Manilə şəhərində keçirilib. İlk dəfədir ki, bu müsabiqədə Vyetnam nümayəndəsi qalib gəlir.

İkinci yeri avstriyalı Melani Mader, üçüncünü meksikalı Melissa Flores, dördüncü yeri isə kolumbiyalı Valeriya Ayos tutublar. 

"Miss Yer" dünyanın ən populyar müsabiqələrindəndir. Müsabiqə hər il Filippində BMT-nin əqidəsi altında keçirilir.

"Miss Yer" "Miss Kainat", "Miss Dünya" və "Miss İnterneşnl" ilə yanaşı ən nüfuzlu gözəllik müsabiqələrinin dördlüyünə daxildir.

Müsabiqənin əsas ideyası diqqəti humanitar problemlərə, ətraf mühitin, canlı təbiətin qorunmasına yönəltməkdir.

Əlaqədar

Azərbaycanın ən gözəl kəndlərindən biri ilk qarı belə qarşıladı - FOTO
Ölkə gözəli öldürüldü, səbəb sosial şəbəkədir
Azərbaycanlı stilistin layihəsinin iştirakçısının gözəlliyini geri qaytaracaqlar
Azərbaycanlı oğlan planetin ən gözəl kişisi seçildi

Əsas mövzular