ABŞ hökumətindən İlon Maska daha bir zərbə

© AFP 2023 / SAUL LOEBTesla şourumu
Tesla şourumu - Sputnik Azərbaycan
Abunə olmaq
“Tesla” bəyan edib ki, indiki mərhələdə hökumət səviyyəsində aparılan yoxlamalar şirkətə maddi ziyan vurmur

BAKI, 3 noyabr — Sputnik. ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) ölkənin elektromobil istehsalçısı — “Tesla” şirkətinə məhkəmə araşdırması göndərib. 

“Report” xəbər verir ki, araşdırma şirkətin rəsmilərinin “Tesla Model 3” avtomobilinin istehsal həcmi barədə verdikləri bəyanatlar və proqnozlarla əlaqədardır. 

ABŞ-ın Ədliyyə Nazirliyi də "Tesla"dan lazımi məlumatları təqdim etməyi xahiş edib. Bununla belə, “Tesla” bəyan edib ki, indiki mərhələdə hökumət səviyyəsində aparılan yoxlamalar şirkətə maddi ziyan vurmur. 

Xatırladaq ki, bundan öncə “The Wall Street Journal” nəşri yazmışdı ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu “Tesla Model 3” avtomobili ilə əlaqədar şirkətin verdiyi məlumatlar da daxil olmaqla investorlarda yeni model barədə formalaşmış təsəvvürlərlə bağlı yoxlamalara başlayıb. Bu ilin sentyabr ayında isə SEC “Tesla”nın qurucusu İlon Maska qarşı cinayət işi açıb. Buna səbəb onun şirkəti özəlləşdirmək, bütün səhmləri 420 ABŞ dollarına almaq niyyəti barədə "Twitter" sosial şəbəkəsindəki açıqlaması olub. Bu rəqəm səhmlərin bazar qiymətindən yüksək olduğu üçün onu qiyməti süni şəkildə artırmaq istəməkdə, dolayısı ilə fırıldaqçılıqda ittiham ediblər. Nəticədə İ.Mask şirkətin Direktorlar Şurasının sədri vəzifəsindən getməli olub. 

Xəbər lenti
0