SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın keçmiş prezidenti Türkiyə haqqında gözlənilməz təklif verdi

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidFransanın keçmiş prezidenti Nikolya Sarkozi
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin vurğulayıb ki, daha əvvəl Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxıb

BAKI, 3 noyabr — Sputnik. Rusiya əleyhinə sanksiyalar "görülməmiş effektə" səbəb oldu və nəticədə Moskva Avropadan uzaqlaşır və Pekinlə yaxınlaşır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə "Point" nəşrinə müsahibəsində Fransa prezidenti Nikolya Sarkozi bildirib.

Onun sözlərinə görə, Moskvaya qarşı sanksiyalar səmərəsizdir və avropalıların maraqlarına xidmət etmir. Sabiq prezident təəssüflənib ki, iqtisadi məhdudiyyətlər "Rusiyanın Çinin qucağına itəliyir". Onun fikrincə Moskvaya "əl uzatmaq" lazımdır.

"Rusiya ilə əlaqələri yaxşılaşdırmaq istəyir. İndi üç tərəfin – Avropa, Türkiyə və Rusiyanın bir araya gəldiyi yeni təşkilat yaratmaq lazımdır", — deyə Sarkozi qeyd edib.

O, həmçinin vurğulayıb ki, daha əvvəl Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxıb.

Sarkozi, eyni zamanda Moskva və Brüssel arasında dialoqun gücləndirilməsinin tərəfdarı olduğu bildirib.

Xəbər lenti
0