10:25 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiya prezidenti Vladimir Putin

Putin hərbi kəşfiyyatın əvvəlki adını bərpa edir

© REUTERS / Leonhard Foeger
DÜNYA
Qısa URL
146 0 0

Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır

BAKI, 3 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi kəşfiyyatının əvvəlki adını bərpa etmək təklifini irəli sürüb.

Sputnik Azərbaycan xəbər verir ki, Vladimir Putin bu barədə Rusiyada qeyd olunan Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə danışıb. Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır.

Qeyd edək ki, hələ sovet dövründə kəşfiyyat idarəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (rus dilində QRU) adlanırdı. SSRİ dağılandan sonra, 1992-ci ildə idarənin adında “SSRİ” “Rusiya Federasiyası” ilə əvəz edilib. 2010-cu ildə qurumun adından “kəşfiyyat” sözü götürülüb.

Əlaqədar

Paşinyan Putinlə bağlı gözlənilməz etiraf etdi
Kreml Putinin “cənnətlə” bağlı sözlərinə aydınlıq gətirdi
Putinə Qaşıqçının öldürülməsi barədə məlumat verilib
Putin Trampla görüşə gedə bilər
Putin "Türk axını" barədə müjdə verdi
Teqlər:
dəyişiklik, ad, kəşfiyyat, Vladimir Putin

Əsas mövzular