PKK-ya ağır zərbə vuruldu

© AFP 2023 / STRTürk Hava Qüvvələrinə aid qırıcı. Arxiv şəkli
Türk Hava Qüvvələrinə aid qırıcı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə HHQ tərəfindən əməliyyatlar hələ davam etdirilir

BAKI, 3 noyabr — Sputnik. PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində həftə ərzində 124 terrorçu məhv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, terrorçuların bir qismi İraqın şimalında Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) apardığı əməliyyatlar çərçivəsində məhv edilib.

Qeyd olunur ki, Türkiyə HHQ tərəfindən əməliyyatlar hələ davam etdirilir.

Xəbər lenti
0