10:52 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9340
Gənc cütkük, arxiv şəkli

Qadınların böyük sirri çözüldü

CC0 / StockSnap / Couple
DÜNYA
Qısa URL
187 0 0

İştirakçıların 20 faizi qeyd edib ki, partnyorlarına qarşı davranış və hisslərində heç bir dəyişiklik hiss etməyiblər

BAKI, 3 noyabr — Sputnik. Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı münasibətlərinin ilk beş ilində sevgi bəsləyirlər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bundan sonra onlarda narazılıq hiss yaranır və qadınlar tərəf müqabillərinin dəyişməsi barədə düşünürlər.

Məlumata görə, alimlər bu nəticəyə 200 qadın arasında apardıqları sorğudan sonra gəliblər. Qadınlara sorğu zamanı ən sadə suallara cavab vermək təklif edilib.

İştirakçıların 80 faizi etiraf edib ki, 5 il ərzində onların romantik hissləri güclü şəkildə soyuyur. Onların fikrincə, buna səbəb kişilərdir.

Belə ki, bu müddət ərzində kişilər onlara daha az zaman ayırıb və qayğılarına qalmayıb. Məhz elə buna görə də, qadınlar 5 ildən sonra tərəf müqabilini dəyişməyi düşünür.

İştirakçıların 20 faizi qeyd edib ki, partnyorlarına qarşı davranış və hisslərində heç bir dəyişiklik hiss etməyiblər.

Uzun illər keçsə belə, onlar əvvəlki tək əmindilər ki, ömürlərinin sonuna kimi bir yerdə yaşayacaqlar.

Digər alimlər isə qeyd edib ki, nikahdankənar münasibətlərin bir sıra üstünlükləri var. Tənha insanların həyatını müşahidə edən alimlərin fikrincə isə bu cür insanlar daha çox zəngin ictimai həyata malik olur.

Əsas mövzular