SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-dan təhdid mesajı: Türkiyə üçün üzücü qərar olacaq

© REUTERS / Jonathan ErnstABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət katibi, həmçinin əlavə edib ki, Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin münasibətlər qurmalıdır

BAKI, 2 noyabr — Sputnik. Birləşmiş Ştatlar ümid edir ki, Türkiyə NATO-dan çıxmayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo "Tony Katz Today" radio verilişinə müsahibəsində bildirib.

"Ümid edirəm ki, Türkiyə Alyansdan çıxmayacaq. Əks halda, bu, NATO, ABŞ və Türkiyə xalqı üçün üzücü qərar olacaq" - deyə Pompeo "Türkiyənin NATO-dakı gələcəyi təhlükə altındadırmı?" sualını cavablandırarkən bildirib.

Pompeo bəyan edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə Türkiyə ilə münasibətlər mürəkkəb dövrdən keçir: "Lakin elə məsələlər var ki, biz real nailiyyətlər əldə etmişik".

Dövlət katibinin fikrincə, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan anlayacaq ki, Birləşmiş Ştatlar İrandan daha yaxşı tərəfdaşdır: "Ərdoğan ABŞ, Avropa və NATO ilə daha dərin münasibətlər qurmalıdır".

Xəbər lenti
0