Çanaqqala boğazı bağlandı

© СanakkaleiliÇanaqqala boğazı
Çanaqqala boğazı - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb boğaza güclü duman çökməsi olub

BAKI, 1 noyabr — Sputnik. Türkiyəyə məxsus Çanaqqala boğazı bir müddətliyə bağlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb boğaza güclü duman çökməsi olub.

Sis səbəbindən boğazda gəmilərin hərəkəti çətinləşib. Ona görə Çanaqqala boğazı bu gün saat 06:30 radələrindən ərazidən duman çəkilənədək bağlanıb.

Hazırda boğaza daxil olmaq istəyən gəmilər gözləyir. Çanaqqala-Eceabad, Gelibolu-Lapseki, Gelibolu-Çardak arasında hərəkət müvəqqəti dayandırılıb.

Xəbər lenti
0