Kardaşyan həyatından şikayət etdi

© Photo : Instagram / kimkardashianKim Kardaşyan
Kim Kardaşyan - Sputnik Azərbaycan
Abunə olmaq
38 yaşlı ulduz Yer kürəsinin uşaqlar üçün etibarlı bir yer olmadığını da iddia edib

BAKI, 31 oktyabr — Sputnik. Məşhur erməni model Kim Kardaşyan heç də xoşbəxt olmadığını dilə gətirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 2014-cü ildə ailə qurduğu Kanye Uestdən şikayətlənib.

Meqan Markl və Harri - Sputnik Azərbaycan
Kral gəlininin adı "porno ulduz" qalmaqalında

2014-cü ildə evlənən Kim Kardaşyan ilə Kanye Uest cütlüyünün 4 ildə 3 uşaqları dünyaya gəlib. Evdə çəkildiyi ponosu ilə məşhurlaşan Kim “Keeping Up With The Kardashians” adlı proqramda deyib ki, həyat yoldaşı, 41 yaşlı repçi Kanye ilə evlilikləri heç də yaxşı keçmir. 38 yaşlı ulduz Yer kürəsinin uşaqlar üçün etibarlı bir yer olmadığını da iddia edib.

O, bildirib: “Kanye uşaqla bağlı mənə təzyiq edir, öz istəyində israr edib durur”. Kim Kardaşyan həyat yoldaşının daha çox uşaq istəməsindən şikayət edib.

Qeyd edək ki, Kim Kardaşyan ard-arda hamilə qaldığı üçün  sağlığında problem yaranıb və buna görə də cütlük üçüncü uşağı surroqat ana vasitəsi ilə dünyaya gətirib.

Xəbər lenti
0