03:32 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Gürcüstandan Rusiyaya gedən magistral yol

Gürcüstandan Rusiyaya gedən magistral yol bağlanacaq

Sputnik
DÜNYA
Qısa URL
31 0 0

Hərbi yol kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı bu gün saat 12:00-dək bütün növ avtomobillər üçün bağlanacaq

BAKI, 30 oktyabr — Sputnik. Oktyabrın 30-da səhər saat 7:00-dan Gürcüstandan Rusiya sərhədinə gedən magistral yol bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, magistralın bağlanmasına səbəb Kazbek dağı ilə Qudauri kurortlarını birləşdirən kanat yolunun tikintisi ilə əlaqədardır. Bu gün inşaatçılar kanat yolunda montaj işləri görəcək və polad tros və kəmərləri bərkidəcəklər.

Beləliklə də, hərbi yol kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı bu gün saat 12:00-dək bütün növ avtomobillər üçün bağlanacaq.

Əsas mövzular