Polis olmaq istəyən qadınların qarşısına ağlasığmaz şərt qoyulub

© AFP 2023 / CHAIDEER MAHYUDDINİndoneziyada qadın polislər, arxiv şəkli
İndoneziyada qadın polislər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq insan hüquqları təşkilatları bu qanunun ləğv edilməsini tələb ediblər

BAKI, 30 oktyabr — Sputnik. İndoneziyada polis olmaq istəyən qızların qarşısına şərt qoyulub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis olmaq üçün qadınlar bakirəlik testi verməli olacaqlar. Onların bakirə olması şərtdir. Bu xəbər ölkədə və dünya mediasında geniş müzakirəyə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı bu testin heç bir mənası olmadığını və eyni zamanda bunun insan hüquqlarının tapdalanması olduğunu bildirib.

Beynəlxalq insan hüquqları təşkilatları bu qanunun ləğv edilməsini tələb ediblər.

Xəbər lenti
0