Gürcüstan iki yerə bölündü: Zeynəbin qızı Saakaşvilinin xaç anasına qarşı

© REUTERS / Tornike TurabelidzeДолжностные лица избирательной комиссии подсчитывают голоса после президентских выборов на избирательном участке в Кутаиси, Грузия
Должностные лица избирательной комиссии подсчитывают голоса после президентских выборов на избирательном участке в Кутаиси, Грузия - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 noyabrdan gec olmayaraq seçkilərin ilkin nəticələrini açıqlamalıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Sputnik Gürcüstan xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) artıq səslərin 99,95%-ni hesablayıb.

İlkin məlumatlara görə, Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili seçicilərin 38,63%-nin, onun əsas rəqibi Qriqol Vaşadze isə 37,73%-nin səsini toplayıb. Bununla da, nə hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyanın dəstəklədiyi Zurabişvili, nə də "Güc birlikdədir" birləşmiş müxalifətinin namizədi Vaşadze birinci turda qalib gəlmək üçün lazımı səs çoxluğunu toplaya bilib.

© REUTERS / DAVID MDZINARISHVILISalome Zurabişvili
Gürcüstan iki yerə bölündü: Zeynəbin qızı Saakaşvilinin xaç anasına qarşı - Sputnik Azərbaycan
Salome Zurabişvili

Səsvermənin nəticələrinə əsasən, üçüncü pillədə "Avropa Gürcüstanı – azadlıq üçün hərəkat" partiyasının namizədi David Bakradze (10,97%) qərarlaşıb. Yeri gəlmişkən, o, "exit-pol"un ilkin nəticələri bəlli olan kimi, ikinci tur baş tutacağı təqdirdə, seçicilərini Vaşadzeyə səs verməyə çağırıb.

Seçkilərdə "Gürcüstanın Leyboristlər partiyası"nın namizədi 3,75% səs toplayıb. Beşinci pillədə isə iki nəfər "Azad demokratlar"dan David Usupaşvili və "Qirçi" partiyasından Zurab Caparidze qərarlaşıb. Onların hər biri 2,26% səs toplayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 noyabrdan gec olmayaraq seçkilərin ilkin nəticələrini açıqlamalıdır. Bundan sonra isə prezident seçkilərində ikinci tur keçirilməlidir.

Bəs ikinci tura qalan namizədlər Salome Zurabişvili və Qriqola Vaşadze kimdir?

Salome Zuribaşvili 18 mart 1952-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub. O, 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olan gürcü siyasi emiqrant ailəsi Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində doğulub.

Fazil Mustafa - Sputnik Azərbaycan
Gürcüstanda prezident seçkilərində soydaşlarımız kimi dəstəkləsin - Deputat şərhi

Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində işə başlayıb.

O, 2001-2003-cü illərdə Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya üzrə baş katibliyinin sədri olub. 2003-cü ildə Fransanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri təyin olunub. 2004-cü ilin martında Gürcüstan prezidenti seçilən Mixail Saakaşvili Zurabişvilini xarici işlər naziri təyin edib və o, bu vəzifəni iki il icra edib.

Zurabişvili 2010-cu ilin noyabrında siyasətdən getdiyini bildirərək, "Gürcüstanın yolu" partiyasında sədrliyi Kaxe Seturidzeyə ötürüb. O bildirib ki, Gürcüstanda demokratiya olmadığı üçün belə bir qərar verib.

Lakin 2018-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb. Hakim "Gürcü arzusu" partiyası və onun sədri milyarder Bidzina İvanaşvili seçkiqabağı kampaniyada dəfələrlə onu dəstəklədiyini bildirib və Zurabişviliyi maliyyə yardımı edib.

Qriqol Vaşadze isə 19 iyul 1958-ci ildə Tbilisidə anadan olub. O, 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və 1988-ci ilə qədər SSRİ Xarici İşlər Nazirliyində - əvvəlcə beynəlxalq təşkilatlar, daha sonra isə kosmos və nüvə silahları şöbəsində işləyib.

1988-1990-cı illərdə Vaşadze SSRİ XİN Diplomatiya Akademiyasının aspirantı olub. Bir müddət diplomatiya sahəsindən uzaqlaşan Vaşadze Moskvada yaşayıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Vaşadze və onun xanımı Nina Ananiaşvili Rusiya vətəndaşlığı alıb.

© REUTERS / IRAKLI GEDENIDZEQriqol Vaşadze
Gürcüstan iki yerə bölündü: Zeynəbin qızı Saakaşvilinin xaç anasına qarşı - Sputnik Azərbaycan
Qriqol Vaşadze

2004-cü ildə Mixail Saakaşvilin təklifi ilə Ananiaşvili Gürcüstan Opera və Balet teatrının balet truppasına rəhbərlik etməyə başlayıb. O, Vaşadze ilə birgə Gürcüstana köçüb.

2006-cı ildə Ananiaşvili Gürcüstan prezidenti Mixail Saakaşvilinin oğlu Nikolaz Saakaşvilinin xaç anası olub. 2007-ci ildə Saakaşvilinin xüsusi sərəncamı ilə Vaşadzeyə Gürcüstan vətəndaşlığı verilib.

Vaşadze 2008-ci ilin fevralından noyabr ayında qədər Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsindı çalışıb. Daha sonra bir ay - 2008-ci ilin noyabrından dekabrına qədər Gürcüstanın mədəniyyət və idman naziri olub.

2008-ci ilin dekabrından 2012-ci ilə qədər Gürcüstanın xarici işlər naziri olub. 2012-ci ilin oktyabrında Gürcüstan parlament seçkilərində gürcü milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyası qalib gəlib və Vaşadze xarici işlər naziri postundan uzaqlaşdırılıb.

Xəbər lenti
0