15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Автомобиль скорой помощи на одной из улиц в Тбилиси

Azərbaycanlıların yaşadığı kənddə seçki komissiyasının üzvünü döyüblər

© Sputnik /
DÜNYA
Qısa URL
109 0 0

Marneulidə seçki məntəqəsində dava olub

BAKI, 28 oktyabr — Sputnik. Gürcüstanın hüquq-mühafizə orqanları prezident seçkiləri günündə Marneuli bələdiyyəsinin İmiri kəndindəki seçki məntəqəsinin üzvünü döydüklərinə görə bir neçə nəfər saxlanılıb.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirliyin məlumatına görə, müxalif Milli Hərəkat Partiyası və hakim Gürcü Arzusu Partiyasının üzvləri arasında dava baş verib. Dava məntəqə seçki komissiyasının üzvünün döyülməsi ilə başlayıb. Saxlanılanları 1,5 min dollara qədər cərimə gözləyir.

İmiri kəndinin əhalisi əsasən azərbaycanlılardan ibarətdir.

Bu gün Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir. 

Əsas mövzular