Dünyanın gözlədiyi görüş başlayır

© REUTERS / Philippe WojazerMakron, Putin və Merkel, arxiv şəkli
Makron, Putin və Merkel, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da iştirak edəcək

BAKI, 27 oktyabr — Sputnik. Bu gün İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin iştirakı Suriya münaqişəsinə dair dördtərəfli zirvə görüşü keçiriləcək.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, zirvədə Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kansleri ilə yanaşı, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da iştirak edəcək.

Zirvədə əsas müzakirə İdlibdə atəşkəsin möhkəmləndirilməsi və Suriya böhranının siyasi həlli üçün birgə səylər olacaq. Həmçinin, Astana və Cenevrə platformalarında davam etdirilən siyasi həll prosesi müzakirə ediləcək.

Görüşün sonunda dörd ölkənin birgə bəyanat qəbul etməsi gözlənilir.

Xəbər lenti
0