İsrail bütün gecə Qəzzanı vurub

© AFP 2023 / JACK GUEZİsrail qırıcı təyyarə,arxiv şəkli
İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin hücumu nəticəsində Qəzzanın şimalındakı xəstəxananın zərər gördüyü açıqlanıb

BAKI, 27 oktyabr — Sputnik. İsrail Qəzzaya hava hücumu həyata keçirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, dünən axşam saatlarında mühasirə altındakı Qəzza zolağından İsrail tərəfə raket atılıb və bu səbəbdən İsrail hava hücumuna başlayıb.

Qəzza ilə sərhəddə İrail tankları, 18 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Bölgəyə yüzlərlə tank yığıldı, hər an hücum başlaya bilər

İsrail ordusundan verilən açıqlamada döyüş təyyarələrinin Qəzzada Həmasa məxsus 80 hədəfi vurduğu bildirilib. Açıqlamada bu hücumların Qəzzadan atılan raketlərə cavab olaraq başladığı deyilib.

Açıqlamada bildirilir ki, dünən axşam saatlarından etibarən Qəzzadan İsrail tərəfə 30 raket atılıb və bunlardan 10-nu hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, digər raketlərin bir çoxu da boş ərazilərə düşüb.

Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra açıqlamasında İsrailin hücumu nəticəsində Qəzzanın şimalındakı xəstəxananın zərər gördüyünü bildirib. Hücumu pisləyən Kudra beynəlxalq təşkilatları Qəzzadakı hücumlara qarşı səhiyyə qurumlarını və şəxsi heyəti qorumağa çağırıb.

Qəzzadakı Fələstin səhiyyə mənbələri İsrail bombardmanında indiyədək ölənin olmadığını bildirib.

Qəzzadakı İslami Cihad Hərəkatı isə İsrailin dinc sakinləri qətlə yetirməsinə qarşı müqavimət qruplarının əlləri qolları bağlı qalmayacağını bildirib. İslami Cihad Hərəkatından verilən açıqlamada bildirilib ki, hərəkat dəfələrlə vətəndaşların hədəf alınmaması barədə xəbərdarlıq edib, ancaq işğal gücləri blokada şəraitində insanların həyatı ilə oynamağı davam etdirib.

Qeyd edək ki, Qəzza sərhədində dünən keçirilən aksiyalarda 5 fələstinli İsrail əsgərləri tərəfindən açılan atəş nəticəsində ölüb, 180 fələstinli isə yaralanıb.

Xəbər lenti
0