Dindarlar qadınlara müqəddəs yerləri ziyarət etməyi qadağan edirlər

© REUTERS / Sivaram VHindistanda müqəddəs məbəd, arxiv şəkli
Hindistanda müqəddəs məbəd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
10 yaşından 50 yaşına qədər olan qadınlar ziyarətgaha buraxılmamalıdır

BAKI, 27 oktyabr — Sputnik. Hindistanın Keral ştatında son iki gündə 10 yaşından 50 yaşına qədər olan qadınların məşhur Ayyappan tanrısı məbədinə buraxılmasının əleyhinə keçirilən aksiyada iştirak edən 2 minə yaxın adam saxlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hindistanın ANI agentliyi xəbər yayıb. Daha əvvəl agentlik 1400 nəfərin saxlandığını xəbər vermişdi.

Əl-Əqsa məscidində ibadət bərpa olundu - Sputnik Azərbaycan
Müsəlmanların əsas məscidinin qapılarını bağladılar

Məlumata görə, polis icazəsiz aksiyalarda və kütləvi iğtişaşlarda iştirak edən şəxslərlə bağlı 452-dən çox cinayət işi açıb. 18-22 oktyabr tarixlərində Sabarimala rayonunda yerləşən müqəddəs məbəd kişilər kimi qadınların da üzünə açıq elan edilib. Lakin radikal əhval-ruhiyyəli qrup məbədin bütün girişlərini qapadaraq qadınların ora daxil olmasını əngəlləyib. Onlar zərif cinsin nümayəndələrini məbədə yaxınlaşacaqları təqdirdə onlara fiziki güc tətbiq edəcəkləri ilə hədələyiblər.

İşə qadınların məbədə girişini təmin etməyə çalışan polis qarışmalı olub. Lakin asayiş keşikçilərinin bu cəhdləri ciddi nəticə doğurmayıb. Kütlə qadınları daşa basıb və onları ağac dəyənəklərlə vurub. Bundan sonra radikal kütlə güc strukturları ilə toqquşub.

Hazırda məbəd qeyri-müəyyən müddətədək bağlanıb. Noyabrın ortalarında Hindistan Ali Məhkəməsi qadınların məbədə buraxılması ilə bağlı petisiya keçirmək niyyətindədir.

İnduizmin iki ali tanrısı Şiva və Vişnunun oğlu sayılan Ayyappan allahının məbədi Hindistanın Sabarimala rayonunda yerləşir və təkcə Hindistanda deyil, bütün dünyada məşhur olan ziyarətgahdır.

Ənənəyə görə, reproduktiv yaşda olan qadınların buranı ziyarət etməsi qadağandır. Çünki məbədin brahman xidmətçiləri öz tanrılarını "bakir" hesab edirlər və onların düşüncəsinə görə, döl vermək yaşında olan qadınları bura buraxmamaqla öz tanrılarının namusunu qoruyurlar. Bu səbəbdən də son vaxtlara qədər sözügedən məbədə yalnız yaşlı qadınlar və azyaşlı qızlar buraxılırdı.

Bu məsələ Hindistan Ali Məhkəməsinin diqqətini cəlb edib və məhkəmə cari ilin sentyabr ayının sonlarında illərdir tətbiq olunan bu qadağanı aradan qaldırıb. Məhkəmə hesab edib ki, qadınlara qarşı tətbiq olunan bu qadağa onların konstitusion hüquqlarını, eləcə də bərabərlik prinsipini pozur. Məhkəmə eyni zamanda öz qərarı ilə bır sıra çoxəsirlik ənənələrə də son qoyub. Oktyabrda isə Hindistanda homoseksualizmə görə həbs qərarı da ləğv edilib.

Xəbər lenti
0