21:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Çökmüş yol, arxiv şəkli

Şəhərdə yol çöküb və iki qadın dağıntılar altında qalıb — VİDEO

© Sputnik / Mikhail Kireyev
DÜNYA
Qısa URL
812 0 0

Onların ayaqları altındakı asfalt çökür və qadınlar asfaltın altına düşürlər

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Diyarbəkr şəhərində müşahidə kameraları asfaltın çökməsi və iki qadının dağıntılar altına necə düşməsini qeydə alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin anların videogörüntülərini DHA özünün YouTube kanalında yerləşdirib.

Kadrlardan da göründüyü kimi qadınlar küçədə söhbət edə-edə gedirlər. Bu zaman onların ayaqları altındakı asfalt çökür və qadınlar asfaltın altına düşürlər.

Hadisənin şahidləri zərərçəkmiş qadınların köməyinə qaçırlar.

KİV-in məlumatına görə, zərərçəkmiş qadınlar xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

İddialar var: Bakıda yolun çökməsi nədən baş verib?
Çökən yolla bağlı yeni xəbər verildi: Müəmma davam edir
Yol çökdü, avtomobillər dərəyə yuvarlandı
Çökən yol başqa problemlər də meydana çıxarıb
Teqlər:
asflat-beton örtüyü, Hadisə, video, qadın, Türkiyə

Əsas mövzular