03:31 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
İran prezidenti Həsən Ruhani

Həsən Ruhani Qaşıqçının qətlinin əsl günahkarını açıqladı

© REUTERS / Carlo Allegri
DÜNYA
Qısa URL
272 0 0

Ruhani Qaşıqçı cinayətini bənzəri görülməmiş, vəhşicəsinə törədilmiş bir cinayət kimi qiymətləndirib

BAKI, 25 oktyabr — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı İrandan açıqlama gəlib

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanın ABŞ-ın himayəsi olmadan Qaşıqçı cinayətini törədə bilməyəcəyini deyib.

Ruhani Qaşıqçı cinayətini bənzəri görülməmiş, vəhşicəsinə törədilmiş bir cinayət kimi qiymətləndirib: "ABŞ-ın dəstəyi olmadan heç bir ölkənin belə bir cinayət törədəcəyini düşünmürəm. Görünür, bir ölkəyə hökm edən bir qəbilə super gücün qorumasına sahibdir. Bu günün dünyasında və yeni əsrdə belə mütəşəkkil bir cinayətə şahidlik edəcəyimizi və bir sistemin bu qədər vəhşicəsinə bir cinayəti quracağını təsəvvür etməzdim".

Ruhani Qaşıqçı cinayətinin ABŞ, Avropa və digər dünya ölkələri üçün insan haqları məsələsində bir sınaq olduğunu bildirib.

Əlaqədar

Həsən Ruhani ABŞ-a sərt cavab verdi
Həsən Ruhanidən Vladimir Putinə maraqlı təklif
Ruhani Trampı təhdid etdi: "Fars körfəzini bağlayarıq"
Tramp Ruhani ilə görüşündən danışdı
Teqlər:
ittiham, Həsən Ruhani, İran, Camal Qaşıqçı

Əsas mövzular