Jurnalistin cəsədinin tapılması üçün şans yarandı

© AP Photo / Emrah GurelTürkiyədə kriminal polis hadisə yerindıə tədqiqat aparır, İstanbul, 23 oktyabr 2018-ci il
Türkiyədə kriminal polis hadisə yerindıə tədqiqat aparır, İstanbul, 23 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə verilib

BAKI, 24 oktyabr — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümünə dair aparılan istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun bağçasındakı quyuda araşdırma aparılacaq.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Səudiyyəli jurnalistin qətli prezidentlər tərəfindən müzakirə olundu

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bundan öncə Səudiyyə Ərəbistanının vəzifəli şəxsləri Krallığın İstanbuldakı Baş Konsulluğunun bağçasında və quyuda araşdırma aparmağa icazə vermirdilər.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Xəbər lenti
0