09:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Ərdoğan və Baxçalı

Ərdoğan təkləndi

© Foto : Kayhan Ozer/Pool Photo via AP
DÜNYA
Qısa URL
242 0 0

MHP lideri "Cümhur ittifaqı"nın dağıldığını bəyan edib

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın bitdiyini elan edib.

CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout

Bu barədə Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir. Məlumata əsasən, MHP lideri partiyasının qrup toplantısındakı çıxışında "öz göbəyimizi özümüz kəsəcəyik" açıqlamasını verib: "Biz təklifimizi irəli sürdük, qərar Türkiyə parlamentinindir. Qərarlarına hörmətlə yanaşacağıq, amma təklifdən əsla vaz keçməyəcəyik".

"Azadlıq hər bir insan haqqıdır. MHP olaraq öz göbəyimizi özümüz kəsəcəyik. Heç bir ittifaq bir tərəfin yox sayılması hesab oluna bilməz. Heç bir ittifaq digər tərəfin barmaq silkələməsi ilə yaşamayacaq" — deyən Baxçalı vurğulayıb ki, MHP 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində təkbaşına iştirak edəcək.

Xatırladaq ki, cari ilin 24 iyununda keçirilən növbədənkənar prezident seçkilərində AKP ilə MHP "Cümhur ittifaqı" adlı koalisiya yaratmışdı.

Əlaqədar

AKP-nin binasına silahlı hücum olub
AKP-MHP, yoxsa CHP-İYİ: Hansı daha "iyi"?
AKP-nin qarşısında ciddi problemlər durur
Teqlər:
"Cümhur ittifaqı", Rəcəb Tayyib Ərdoğan, Dövlət Baxçalı, MHP, Milliyətçi Hərəkat Partiyası, Türkiyə

Əsas mövzular