10:27 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Donald Tramp

Məşhur general Trampı təhdid etdi: "Düşündüyündən daha yaxınıq"

© REUTERS / Kevin Lamarque
DÜNYA
Qısa URL
174 0 0

"Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi qalxıb bizimi təhdid edirsiniz?" – deyə Süleymani qeyd edib

BAKI, 22 oktyabr — Sputnik. İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani ABŞ prezidenti Donald Trampa sərt xəbərdarlıq göndərib.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, iranlı general Trampa sələflərinin təcrübəsindən ibrət almasını tövsiyə edirəm deyib.

Qasım Süleymani
© AFP 2018 / STR
Qasım Süleymani

Qasım Süleymani bildirib: "Tramp sənə müraciət edirəm. Sənə düşündüyündən daha yaxınıq. Bu savaşı siz başlaya bilərsiniz, amma sonunu biz müəyyənləşdirərik. Bu müharibə ABŞ-ın bütün imkanlarının yox olması deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin hamısına ehtiyac yoxdur, Qüds gücü və mən kifayət edərik".

"Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi qalxıb bizimi təhdid edirsiniz?" – deyə Süleymani qeyd edib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bazar günü İrana qarşı iqtisadi sanksiyalar başlayan Trampa "Aslanın quyruğuyla oynama, peşman olarsan" ifadəsindən istifadə edib.

Tramp isə Ruhaniyə ABŞ-ı bir daha təhdid etsəniz, nəticələrinə dözərsiniz xəbərdarlığı etmişdi.

Əlaqədar

Tramp şəxsi vəkilini Yerevana göndərir
Tramp dünya gündəmini silkələyən faktı təsdiqlədi
Donald Tramp üç ölkəni təhdid etdi: "Yardımları kəsəcəyik"
Tramp krala zəng etdi – Dərhal Pampeonu göndərir
Tramp Türkiyə ilə bütün əlaqələri kəsməyi planlaşdırıb
Teqlər:
general Qasım Süleymani, hədə, İran İnqilab Keşikçiləri Korpusu, xəbərdarlıq, Donald Tramp

Əsas mövzular