Təyyarə iki metr hündürlükdən uçdu – VİDEO

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidSu-25M1
Su-25M1 - Sputnik Azərbaycan
Abunə olmaq
"Normal Hərbi Hava Qüvvələrində buna görə tribunala çıxarılırsan"

BAKI, 22 oktyabr — Sputnik. Sosial şəbəkələrdə Ukraynaya məxsus qırıcı təyyarələrin uçuş görüntüləri yayımlanıb. Onlardan biri son dərəcə aşağıdan uçaraq, uçuş-eniş zolağına təhlükəli dərəcədə yaxınlaşıb. Sputnik Azərbaycan "Zvezda" telekanalına istinadən xəbər verir ki, hadisənin konkret olaraq harada baş verdiyi bilinmir. 

Kadrlarda "Su-25M1" hücum qırıcıları görünür. Hadisə ilə bağlı sosial şəbəkə istifadəçilərin fikirləri də iki yerə bölünüb. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri ukraynalı pilotların bacarıqlarını tərifləyib, digərləri isə daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

"Normal Hərbi Hava Qüvvələrində buna görə tribunala çıxarılırsan" – deyə şərhlərdən birində bildirilir.

Xəbər lenti
0