Ərdoğan şərt qoydu – Bütün təfərrüatlar dərhal açıqlanmalıdır

© Photo : Tatyana Zenkovich / pool photo via APABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb

BAKI, 22 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda ölən jurnalist Camal Qaşıqçı təsadüfən boğularaq öldürülüb. Sputnik Azərbaycan "Reuters"-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur bildirib.

Agentlik iddia edir ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vurub, oğurlayacaqları ilə hədələyiblər. Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra agentlər panikaya düşüb, Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar, lakin yanlışlıqla onu boğublar.

Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər.

Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gecə ABŞ prezidenti Donald Trampla telefon danışığında jurnalist Camal Qaşıqçının ölümünün bütün təfərrüatlarının açıqlanmasında israr edib.

Ərdoğan daha əvvəl yaxın vaxtlarda önəmli bəyanatla çıxış edəcəyini dilə gətirib: "Biz ədalət axtarırıq və bu ədalət bütün çılpaqlığı ilə ortaya qoyulacaq. Bu qeyri-adi haldır. Mən çərşənbə axşam Ədalət və İnkişaf Partiyasının toplantısında bununla bağlı bəyanat verəcəyəm".

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0