Ərəb Dövlətləri Liqasından jurnalistin qətli ilə bağlı qəribə təklif

© Photo : Middle East Monitor / Handout via REUTERSJurnalist Camal Xaşoqqi, arxiv şəkli
Jurnalist Camal Xaşoqqi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb Dövlətləri Liqası səudiyyəli jurnalistin ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırır

BAKI, 21 oktybar — Sputnik. Ərəb Dövlətləri Liqası (ƏDL) səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırır və Ər-Riyadın bu məsələ ilə əlaqədar qərarlarını alqışlayır.

AZƏRTAC Liqanın açıqlamasına istinadla xəbər verir ki, “ƏDL-ı bu işin siyasiləşdirilməsini, Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi yaradılmasını və ölkəyə qarşı hər hansı birtərəfli addımların atılmasını rədd edir.

ƏDL-ın açıqlamasında Kral Salman bin Əbdül Əziz Əl Saudun jurnalistin ölümü ilə bağlı işdə həqiqəti aşkar etmək niyyətinə və bütün lazımi hüquqi tədbirlərin görüləcəyinə əminlik bildirilir.

Qeyd edək ki, səudiyyəli jurnalistin ölümü ilə əlaqədar başlanılmış cinayət işi çərçivəsində 18 nəfər saxlanılıb, ümumi təhlükəsizlik xidmətinin rəhbərinin müavini və Vəliəhdin köməkçisi Əhməd Əsiri və krallıgın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən kənarlaşdırılıblar.

Xəbər lenti
0