CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərəb ölkəsində sui-qəsd hazırlayan 13 nəfər saxlanıldı

© AFP 2023 / Sameer Al-DoumySuriyada polis
Suriyada polis - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslərin yaxın günlərdə sui-qəsd hazırladıqları məlum olub.

BAKI, 20 oktyabr — Sputnik. Suriya polisi böyük əməliyyat həyata keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Kobani şəhəri ilə qonşu olan Suruçda əməliyyat zamanı saxlanılan avtomobildə olan 3 nəfər saxlanılıb. Onlar terror əməliyyatına hazırlaşırmışlar. Araşdırma nəticəsində avtomobildən silahlar aşkar edilib. Daha sonra bu işdə əli olan daha 10 nəfər saxlanılıb.

Həmin şəxslərin evlərində də axtarış həyata keçirilib. Onların evlərindən 8 kilodan artıq partlayıcı maddə, 7 ədəd əl qumbarası, 1 ədəd Kalaşnikov markalı avtomat, 1 ədəd Tompson markalı avtomat, tapançalar və s. tapılıb.

Saxlanılan şəxslərin yaxın günlərdə sui-qəsd hazırladıqları məlum olub. Şübhəlilər dindirilir və araşdırma davam etdirilir.

Xəbər lenti
0